Menyu

Tramp Ağ Evdə Venesuela müxalifət lideri ilə görüşüb

Operativ Media
Tramp Ağ Evdə Venesuela müxalifət lideri ilə görüşüb

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb.

Operativ Media xəbər verir ki, Mariya Korina Maçado daha öncə Nobel Sülh Mükafatını Amerika liderinə təhvil verməyə hazır olduğunu açıqlayıb.

Maçado əvvəllər Trampın Venesuelaya hücumuna görə Nobel Sülh Mükafatına layiq olduğunu bildirmişdi.

Qeyd edək ki, 2025-ci il Nobel Sülh Mükafatı Maçadoya "Venesuela xalqının demokratik hüquqlarının irəliləməsi uğrunda yorulmaz fəaliyyətinə" görə verilib.

ABŞ-nin Venesuelaya hücumundan sonra Maçado ölkə müxalifətinin hakimiyyəti ələ keçirməyə hazır olduğunu qeyd etsə də, Tramp ölkədə onun dəstəyinin olmadığını iddia edib.

Əlaqəli Xəbərlər