Menyu

Tramp etirazçıları Minneapolisə qoşun yeridəcəyi ilə hədələyib

Operativ Media
Tramp etirazçıları Minneapolisə qoşun yeridəcəyi ilə hədələyib

ABŞ Prezidenti Donald Tramp Minneapolisdə etirazları yatırmaq üçün bölgəyə qoşun yeridə biləcəyini deyib.

Operativ Media xəbər verir ki, bunu Tramp sosial media hesabında yazıb:

"Əgər Minnesota ştatının korrupsiyalaşmış siyasətçiləri qanuna tabe olmasa və işlərini görməyə çalışan ICE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) vətənpərvərlərinə hücum etmələrinin qarşısını almasalar, məndən əvvəl bir çox prezidentin etdiyi kimi, Üsyan Qanununu tətbiq edəcəyəm. Bununla da Minnesota ştatında baş verən xaosa tez bir zamanda son qoyacağam".

Qeyd edək ki, ABŞ-nin federal immiqrasiya məmurunun ona kürək və süpürgə ilə hücum edən Minneapolis sakinini güllələyərək öldürməsindən sonra bölgədə etirazlar güclənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər