Qazaxıstan ötən il Bakı-Tbilisi-Ceyhan marşrutu ilə 1,3 milyon ton neft nəql edib
Şəfa Hüseynli
Qazaxıstan 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,3 milyon ton neft tədarük edib.
Operativ Media xəbər verir ki, bu barədə "KazMunayGas" neft-qaz şirkətinin mətbuat xidməti məlumat verib.
Aktau limanından Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tədarükü ümumilikdə 1,3 milyon ton təşkil edib.
Bildirilib ki, 2026-cı il üçün gözlənilən həcm 1,6 milyon tona qədərdir.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə Bakı-Tbilisi-Ceyhan marşrutu ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql edilib.