ABŞ-yə məxsus qırıcı təyyarə Yaponiya üzərində qəza siqnalı göndərib, radarlardan itib
Şəfa Hüseynli
Amerikanın beşinci nəsil qırıcı təyyarəsi "F-35A Lightning II" Yaponiya üzərində qəza siqnalı göndərərək Sakit Okeanda radarlardan itib.
Operativ Media xəbər verir ki, bu barədə Flightradar monitorinq xidməti məlumat yayıb.
Bildirilib ki, həyəcan siqnalı verildikdən bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə tamamilə kəsilib və təyyarə radar ekranlarından yoxa çıxıb.
Hazırda pilotun taleyi və qəzanın səbəbi məlum deyil.
Qeyd edək ki, "F-35A Lightning II" qırıcı təyyarəsi beşinci nəsil çoxməqsədli təyyarənin modifikasiyasıdır. Onun ilk uçuşu 2006-cı ildə baş tutub və təyyarə 2016-cı ildə ABŞ Hərbi Hava Qüvvələri ilə xidmətə başlayıb. O, həm hava, həm də yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub və B61-12 termonüvə bombaları daşımaq qabiliyyətinə malikdir.