Tramp yarımkeçirici idxalına 25 faizlik tarif tətbiq edib
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp yarımkeçirici idxalına 25 faizlik tarif tətbiq edib.
Operativ Media xəbər verir ki, sənədin mətni Ağ Evin saytında dərc edilib.
Bülletendə bildirilir ki, rüsum xüsusən də "Nvidia H200" və "AMD MI325" çiplərinə tətbiq olunacaq.
Lakin bir sıra hallarda, yarımkeçiricilər ölkəyə istehsal gücünü artırmaq, elmi tədqiqatlar və məlumat mərkəzlərində istifadə üçün idxal edildiyi təqdirdə tətbiq olunmayacaq.
Sənəddə qeyd olunur ki, ABŞ hazırda ehtiyac duyduğu yarımkeçiricilərin yalnız 10 faizini istehsal edir və xarici təchizatdan asılıdır.
Eyni zamanda, "Axios" portalı qeyd edir ki, əvvəllər Tayvanda istehsal olunan çipləri Çinə ixrac etmək üçün icazə almağı bacaran Nvidia əvvəlcə idxal rüsumu ödəməli olacaq.