Menyu

Peskov: Putin Netanyahu ilə danışdıqdan sonra İran prezidentinə zəng edib

Şəfa Hüseynli
Peskov: Putin Netanyahu ilə danışdıqdan sonra İran prezidentinə zəng edib

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışdıqdan sonra İran prezidentinə zəng edib.

Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin günün ilk yarısının böyük hissəsini İran ətrafındakı vəziyyətə həsr etdi. Bu gün o, artıq İsrailin Baş naziri Netanyahu ilə telefon danışığı apardı və biz də müvafiq bəyanat verdik. Həmçinin, İran Prezidenti Pezeşkianla telefon danışığının nəticələri barədə sizə tezliklə məlumat verəcəyik”, - deyə Peskov bildirib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, danışıqların təfərrüatları daha sonra açıqlanacaq.

Əlaqəli Xəbərlər