Qırğızıstan və UNESCO Parisdə yeni əməkdaşlıq layihələrini müzakirə ediblər
Şəfa Hüseynli
Parisdə Qırğızıstanın UNESCO-dakı daimi nümayəndəsi Sadık Şer-Niyaz UNESCO-nun baş direktoru Xalid Əl-Ənani ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə qeyd olunub ki, Qırğızıstan təşkilatın prioritet sahələrinin həyata keçirilməsinə fəal töhfə vermək üçün UNESCO-nun idarəetmə orqanı olan İcraiyyə Şurasına üzvlük üçün namizədliyini irəli sürüb.
Tərəflər Qırğızıstan ilə UNESCO arasında praktiki əməkdaşlığın daha da genişləndiriləcəyinə, xüsusən də yeni birgə layihələrin həyata keçiriləcəyinə əminliklərini bildiriblər.