Makron Yelisey Sarayında keçirilən görüşdə günəş eynəyi taxaraq iştirak edib
Operativ Media
Fransa prezidenti Emmanuel Makron 15 yanvarda çıxışı zamanı gözünün qızarması xəbərindən sonra Yelisey Sarayında keçirilən görüşə günəş eynəyi taxaraq qatılıb.
Operativ Media xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
"Bu eynəklərə görə üzr istəyirəm, bu, kiçik bir problemə görədir. Bir müddət onları taxmalı olacağam, ona görə də siz buna dözməli olacaqsınız", - deyə Makron bildirib.