Menyu

Almaniya ABŞ hərbi bazaları üçün icarə haqqını artıra bilər

Operativ Media
Almaniya ABŞ hərbi bazaları üçün icarə haqqını artıra bilər

Almaniya, Amerika tariflərinə cavab olaraq, ABŞ-nin ərazisindəki hərbi obyektlərdən istifadəsinə görə icarə haqqını əhəmiyyətli dərəcədə artıra bilər.

Operativ Media xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti Berlindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Almaniyadakı Amerika hərbi bazalarının bağlanması variantı nəzərdən keçirilmir.

"The Daily Telegraph" və "The Economist" əvvəllər belə bir ssenarinin mümkünlüyü barədə məlumat veriblər.

Qeyd edək ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Truth Social-dakı paylaşımında ABŞ-nin Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10% tarif tətbiq etməyə başlayacağını və Vaşinqtonun Qrenlandiyanın tam şəkildə satın alınması barədə razılığa gələnə qədər bu tariflərin qüvvədə qalacağını açıqlayıb.

Əlaqəli Xəbərlər