İranda keçirilən etiraz aksiyaları nəticəsində 3919 nəfər ölüb
Şəfa Hüseynli
İranda iqtisadi problemlər səbəbindən başlayan etiraz aksiyalarında ölənlərin sayı 3919 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "HRANA" məlumat yayıb.
Bildirilib ki, 24669 nəfər isə saxlanılıb.
İran hakimiyyəti etirazlarda ölən və ya yaralananların ümumi sayını açıqlamayıb, lakin terror təşkilatlarına mənsub olmaqda və ya iğtişaşlara təhrik etməkdə şübhəli bilinən 3000 nəfərin saxlanıldığını açıqlayıb.