Menyu

Çin əhalisinin sayı azalıb

Şəfa Hüseynli
Çin əhalisinin sayı azalıb

2025-ci ildə ölkə əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard 404 milyon 890 min nəfərə düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.

Hesabatda bildirilir ki, il ərzində Çində 7,92 milyon doğum, 11,31 milyon ölüm qeydə alınıb. Doğum və ölüm göstəriciləri hər min nəfərə müvafiq olaraq 5,63 və 8,04 təşkil edib.

Rəsmi məlumatlara əsasən, kişi əhalisi 0,3% azalaraq 716,85 milyon, qadın əhalisi isə 0,1% azalaraq 688,04 milyon nəfər olub. Eyni zamanda, 65 yaşdan yuxarı əhalinin sayı 1,5% artaraq 223,65 milyona çatıb.

Əlaqəli Xəbərlər