Macarıstan Trampın Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib
Şəfa Hüseynli
Macarıstanın Baş naziri Viktor Orban Donald Trampın Qəzza zolağını idarə etməyə yönəlmiş yeni "Sülh Şurasına" qoşulmaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
"Macarıstan Amerika prezidentinin sülhməramlı fəaliyyətinə dəyər verir və Qəzza zolağındakı vəziyyəti həll etmək üçün ona ümid edir. Macarıstanla yanaşı, İtaliyadan da nümayəndələr dəvət alıblar və ümid edirlər ki, ölkələri əsas rol oynaya bilər". - Macarıstanın xarici işlər naziri Peter Siyarto qeyd edib.