Qvatemalada cinayətkarlığın artması səbəbindən fövqəladə vəziyyət elan edilib

Cinayətkarlığın kəskin artması səbəbindən Qvatemala Prezidenti Bernardo Arevalo ölkə ərazisində 30 günlük fövqəladə vəziyyət elan edib.
Operativ Media xəbər verir ki, bu barədə Qvatemala televiziyası məlumat yayıb.
Prezident xalqa müraciətində fövqəladə vəziyyətin əsas məqsədinin vətəndaşların qorunması və təhlükəsizliyin təmin edilməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, polis və ordu qüvvələri cinayətkar dəstələrlə mübarizə üçün tam səfərbər ediləcək.
Bernardo Arevalo bildirib ki, ölkə rəhbərliyi cinayətkar təşkilatlara güzəştə getmək niyyətində deyil və ictimai asayişin bərpası üçün sərt tədbirlər görməyə davam edəcək. Prezident izah edib ki, zorakılığın artması daha əvvəl kütləvi iğtişaşlar və girov götürülməsi halları ilə üzləşmiş həbsxanalar üzərində nəzarətin bərpasına cinayətkar qrupların cavabıdır.