http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Emrah Çelikel "Qalatasaray"la oyunun keçirilməsi haqqında danışıb

13 Mart 2023 , 13:11
Emrah Çelikel "Qalatasaray"la oyunun keçirilməsi haqqında danışıb

Qarabağ" Türkiyənin "Qalatasaray" komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

"Operativ Media" xəbər verir ki, bu haqda Qol.az saytına açıqlamasında Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib. O, qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. "Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik". 

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar "Qalatasaray"ın Almaniya və "Ferensvaroş" da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin "Qalatasaray" "Qarabağ"la oyun keçirməyə üstünlük verib. 

Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələlər olub. Fəlakət nəticəsində 48 min nəfərdən çox şəxs həyatını itirib.

OXŞAR XƏBƏRLƏR
Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu