Tramp Davosda Sülh Şurasının nizamnaməsini imzalayacaq
Şəfa Hüseynli

ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də Davosda "Sülh Şurası"nın nizamnaməsini imzalamağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağındakı vəziyyəti həll etmək üçün yaradılan qurumun səlahiyyətlərinin və nizamnaməsinin son versiyasının təsdiqlənməsinin Dünya İqtisadi Forumunda baş tutacağı gözlənilir.
Nizamnamə layihəsinə əsasən, ABŞ prezidenti "Sülh Şurası"nın ilk sədri olacaq və yeni üzvlərin dəvət edilməsi ilə bağlı şəxsən qərar qəbul etmək hüququnu özündə saxlayacaq.
Daimi üzvlük statusu almaq üçün ABŞ administrasiyası dövlətlərdən iştirakın ilk ilində ən azı 1 milyard dollar ianə etməyi tələb edir.