İspaniyada qatar qəzasına görə üç günlük matəm elan edilib
Şəfa Hüseynli
İspaniya ölkənin cənubunda baş verən qatar toqquşmasından sonra üç günlük matəm elan edib.
Operativ Media xəbər verir ki, bu barədə ''Euronews" məlumat yayıb.
İspaniyanın Baş naziri Pedro Sançes nəqliyyat naziri Oskar Puente və Əndəlüs Baş naziri Xuanma Moreno ilə birlikdə faciənin baş verdiyi Kordova əyalətindəki Adamus bələdiyyəsinə baş çəkib.
O, qurbanların ailələrinə başsağlığı verdi və yaralıların tezliklə sağalmasını arzulayıb.
Həmçinin, dövlətin qurbanlara və onların ailələrinə bütün lazımi yardımı göstərəcəyinə əminlik bildirib.