İsrail təyyarələri Livanın cənubuna hava hücumları həyata keçirib
Şəfa Hüseynli
İsrail təyyarələri Livanın cənubundakı Ənsar və Zarariye şəhərləri arasındakı əraziyə, eləcə də Serir və Baruz şəhərləri yaxınlığındakı Litani çayına zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə Livan dövlət xəbər agentliyi "NNA" məlumat yayıb.
Bildirilib ki, İsrail döyüş təyyarələri həmçinin Basaliya, Kafr Malki və Mahmudiya kəndlərinə, eləcə də Luwayza kəndi yaxınlığındakı Şetta çayına hücum edib.
İsrail ordusunun mətbuat xidməti Livanın cənubunun müxtəlif ərazilərində Hizbullaha məxsus olduğu iddia edilən hədəflərin vurulduğunu bildirib.