Menyu

Böyük Britaniyada 16 yaşdan kiçiklər üçün sosial media qadağası ilə bağlı müzakirələr başlayıb

Şəfa Hüseynli
Böyük Britaniyada 16 yaşdan kiçiklər üçün sosial media qadağası ilə bağlı müzakirələr başlayıb

Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı rəsmi məsləhətləşmə prosesinə başladığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məsləhətləşmə zamanı bütün variantlar, o cümlədən tam qadağa, tətbiqdən istifadə müddətinin məhdudlaşdırılması, rəqəmsal razılıq yaşının artırılması kimi asılılıq yaradan xüsusiyyətlərin məhdudlaşdırılması nəzərdən keçiriləcək.

Nazirlər Avstraliyaya səfər edərək, mövcud təcrübələri yerində araşdıracaqlar.

Əlaqəli Xəbərlər