NATO ölkələri ABŞ-nin Qrenlandiyadakı vəziyyətlə bağlı kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırıb
Şəfa Hüseynli
NATO ölkələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya iddialarına görə Vaşinqtonla kəşfiyyat məlumatı mübadiləsindən imtina edirlər.
Operativ Media xəbər verir ki, bu barədə Britaniyanın "The i Paper" qəzeti məlumat yayıb.
Kəşfiyyat mənbələrinin məlumatına görə, ittifaq nümayəndələri artıq ABŞ hakimiyyət orqanlarına məlumatın çatacağı və gələcəkdə adanı ələ keçirmək cəhdində istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən amerikalı həmkarları ilə açıq ünsiyyət qurmurlar.
Britaniya kəşfiyyatı Vaşinqton və müttəfiqləri arasında münasibətlərin pisləşməsini "görünməmiş" adlandırıb.