ABŞ və Danimarka 1951-ci il Qrenlandiya Müdafiə Sazişini yenidən nəzərdən keçirə bilər
Şəfa Hüseynli
ABŞ və Danimarka adanı qoruyan 1951-ci il müqaviləsini yenidən nəzərdən keçirməklə Qrenlandiya ilə bağlı münaqişədən qaça bilərlər.
Operativ Media xəbər verir ki, bu barədə "CNN" Avropa dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, NATO-nun baş katibi Mark Rutte bu sənədin yenidən nəzərdən keçirilməsi məsələsini özəl olaraq qaldırıb.
"Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, adanın müdafiəsi ilə bağlı müqavilə imzaladılar. Bu müqaviləyə əsasən, ABŞ Qrenlandiyanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürdü". - məlumatda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma