Qazaxıstan vitse-prezident vəzifəsi təsis etməyi planlaşdırır
Şəfa Hüseynli
Qazaxıstan vitse-prezident vəzifəsi təsis etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Kasım - Jomart Tokayev Qızılordada keçirilən Milli Qurultayın iclasında bildirib.
“Yeni, vacib bir təklif irəli sürmək istərdim. Bu yeni qanun illər ərzində metodik olaraq qurduğumuz bütün siyasi strukturu mükəmməl şəkildə tamamlayacaq. Bu, Qazaxıstan Respublikasının Vitse-Prezident İnstitutunun yaradılması və onun Konstitusiyada müvafiq şəkildə təsbit edilməsi ilə bağlıdır”, - Tokayev qeyd edib.