Ekvador millisini ispaniyalı mütəxəssis çalışdıracaq
Nərmin Qocamanlı
Ekvador yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Feliks Sançes çalışdıracaq.
İspaniyadan olan 47 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Onun qarşısına qoyulan hədəf də bəllidir. Yeni baş məşqçi komandanı DÇ-2026-ya aparmalıdır.
Xatırladaq ki, Sançes son olaraq Qətər yığmasını çalışdırıb. O, DÇ-2022-dən sonra bu komandadan ayrılmaq məcburiyyətində qalmışdı. Sançes Ekvador yığmasında Qustavo Alfaronu əvəz edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net