Menyu

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

Operativ Media
Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb
1 dəq oxu

Qızıl ABŞ dollarının möhkəmlənməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz dərəcələrini artıra biləcəyi ilə bağlı gözləntilərin təsiri ilə ucuzlaşıb.

Operativ Media xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti həftəlik əsasda təxminən 8,9 faiz azalaraq mart ayından bəri ən kəskin geriləmə nümayiş etdirir. Qızılın qiyməti 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. Qiymətli metalın bir troya unsiyası hazırda 3560 dollara ticarət olunur.

ABŞ-də dekabr fyuçersləri üzrə qızılın qiyməti 3,6 faiz azalaraq 3551 dollar olub.

Həftə ərzində qızılın qiymətində qeydə alınan təxminən 9 faizlik azalma martın 20-də başa çatan həftədən bəri ən kəskin həftəlik eniş olub.

ABŞ dollarının son 19 ayın ən yüksək səviyyəsinə yaxın mövqedə qərarlaşması da dollarla qiymətləndirilən qiymətli metalların ucuzlaşmasına təzyiqi artırıb.

Əlaqəli Xəbərlər