Ölkə üzrə ictimai iaşə dövriyyəsi 12 faizdən çox artıb
Operativ Media
2025-ci ildə ölkə üzrə ictimai iaşə dövriyyəsi 2024-cü illə müqayisədə real ifadədə 12,2 faiz artaraq 2808,6 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü illə müqayisədə 12 faiz artaraq 1422,2 milyon manat təşkil edib.