Menyu

Pentaqon NATO sərhədlərində yerləşən şəxsi heyətin sayını azaltmağı planlaşdırır

Şəfa Hüseynli
Pentaqon NATO sərhədlərində yerləşən şəxsi heyətin sayını azaltmağı planlaşdırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO-nun güc strukturu elementlərində və məsləhət qruplarında şəxsi heyətin sayını azaltmaq planlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, NATO qüvvələrinin təlimini hədəfləyən "Mükəmməllik Mərkəzləri" də daxil olmaqla, alyansın daxilində təxminən 30 bölmədə ABŞ Hərbi qulluqçuların sayı azaldılacaq.

Növbəti bir neçə ili əhatə edəcək və təxminən 200 nəfəri əhatə edəcək plana əsasən, NATO sərhədlərində xidmət müddəti bitməkdə olanların yerinə yeni heyət təyin edilməyəcək.

Enerji Təhlükəsizlik, dəniz müharibəsi və kəşfiyyat da daxil olmaqla xüsusi əməliyyat bölmələrində şəxsi heyətin iştirakı ya azaldılacaq, ya da ittifaq daxilindəki digər bölmələrə köçürüləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər