Naməlum şəxs futbolçunun doğulduğu Madeyra adasındakı Funşal şəhərində beşqat "Qızıl top" mükafatı sahibi və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun heykəlini yandırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Correio da Manha" qəzeti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs heykəli tezalışan maye ilə doldurub və yandırdığı videonu paylaşıb. Polis şübhəlinin şəxsiyyətini araşdırır.