"Lamborghini" 2025-ci ildə rekord sayda lüks avtomobil satıb
Şəfa Hüseynli
İtaliyanın lüks avtomobil istehsalçısı "Lamborghini" idman avtomobillərinin rekord satışını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə şirkət dünya miqyasında 10.747 avtomobil satıb.
İstehsalçı güclü performansı hibrid avtomobil strategiyası ilə əlaqələndirir.
Ən çox satılan regionlar Avropa, Yaxın Şərq və Afrika olub və burada 4650 idman avtomobili satılıb. Şimali və Cənubi Amerikada 3347 ədəd satılıb. Asiya-Sakit Okean regionu isə 2750 ədəd satılaraq üçüncü yerdə qərarlaşıb.