Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15 milyard manata çatıb
Operativ Media
2025-ci ildə ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü illə müqayisədə real ifadədə 9 faiz artaraq 14 956,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 11 236,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.
2025-ci ildə hər bir ölkə sakini orta hesabla 1 460,1 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 197,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.