Menyu

Özbəkistan Hava Yollarına məxsus təyyarə Krasnoyarskda təcili eniş edib - VİDEO

Şəfa Hüseynli
Özbəkistan Hava Yollarına məxsus təyyarə Krasnoyarskda təcili eniş edib - VİDEO

Özbəkistan Hava Yollarına məxsus "Boeing 767" təyyarəsi Daşkənddən Vladivostoka uçarkən fövqəladə hadisə baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Aeroportu məlumat yayıb.

Bildirilib ki, mühərrikin sıradan çıxması səbəbindən Rusiyanın Krasnoyarsk şəhərindəki hava limanına təcili eniş edib.

Təyyarədə 101 sərnişin, 5 heyət üzvü və 16 stüardessa olub. Eniş zamanı bütün hava limanı xidmətləri tam işlək vəziyyətdə olub və təhlükəsizlik tədbirləri görülüb. Xəsarət alan olmayıb.

Sərnişinlər eniş etdikdən sonra sərhəd və gömrük nəzarətindən keçirilərək Rusiya Federal Aviasiya Qaydalarına uyğun olaraq xidmət göstərilən terminalın ümumi sahəsinə yerləşdirilib. Təyyarə texniki yoxlama aparılana qədər uçuşlardan kənarlaşdırılıb.

Əlaqəli Xəbərlər