Tramp: Mən koronavirusu "Çin virusu" adlandırırdım
Operativ Media
Çin Prezidenti Si Cinpin ABŞ lideri Donald Trampdan koronavirusu "Çin virusu" adlandırmamasını istəyib.
Operativ Media xəbər verir ki, bunu Ağ Ev rəhbəri Davos İqtisadi Forumundakı çıxışı zamanı deyib.
“Mən koronavirusu "Çin virusu" adlandırırdım, amma Si Cinpin dedi ki, "başqa addan istifadə etmək olar?" Mən də ifadəni dəyişdim. Niyə bu məsələdə problem yaratmalıyıq?” - Tramp bildirib.
Tramp Çin liderini "inanılmaz insan" adlandırıb və onun ölkəsində əldə etdiyi nailiyyətlərin heyrətamiz olduğunu etiraf edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net