Menyu

Pakistanın Baş naziri Rusiyaya səfər edəcək

Operativ Media
Pakistanın Baş naziri Rusiyaya səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif martın birinci yarısında Rusiyaya işgüzar səfər etməyi planlaşdırır.

Operativ Media-nın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi məlumat verib.

Diplomatın sözlərinə görə, Şərif Rusiyaya səfərini səbirsizliklə gözləyir. O, Pakistanın bu səfərin ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün açar olacağına inandığını qeyd edib.

Səfir bildirib ki, Pakistan və Rusiyanın siyasi, iqtisadi, sosial və təhsil sahələrində güclü münasibətləri olmalıdır və buna nail olmaq üçün işlər görülür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər