Menyu

Rüstəm Umerov Davosda ABŞ rəsmiləri ilə görüşüb

Operativ Media
Rüstəm Umerov Davosda ABŞ rəsmiləri ilə görüşüb

Kiyevin sülh danışıqlarında nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Davosda ABŞ prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Rüstəm Umerov özünün telegram kanalında məlumat verib.

"Əsas mövzular iqtisadi inkişaf, müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləridir. Tərəfdaşlara Rusiyanın mülki infrastrukturu atəşə tutması, xüsusən də Kiyevdəki vəziyyət barədə məlumat verildi, çünki hücumlar milyonlarla insanı elektrik enerjisi və istiliksiz qoyub", - deyə Umerov yazıb.

Bundan əvvəl həm Amerika, həm də Rusiya tərəfləri Uitkov və Kuşnerin sabah Moskvaya səfər edəcəklərini və orada Prezident Vladimir Putinlə görüşəcəklərini açıqlayıblar. Elə həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampla görüşmək üçün Davosa gədəcək.

Əlaqəli Xəbərlər