Menyu

Rusiya Dövlət Duması plenar iclasların çəkilişini qadağan edib

Şəfa Hüseynli
Rusiya Dövlət Duması plenar iclasların çəkilişini qadağan edib

Rusiya parlamentinin aşağı palatasında plenar iclasların çəkilişini aparmaq qadağan edilib. 

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, akkreditə olunmuş media fotoqraflarının plenar zaldakı balkondan çəkiliş aparmasını qadağandır.

"Deputatların oturduğu zalda çıxışı olan Dövlət Dumasının fotoqrafı plenar iclasların fotolarını çəkməyə davam edəcək. Bundan əlavə, plenar iclasların canlı yayımı zaldan mövcuddur". - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər