Menyu

Qazaxıstan təhsilə "ChatGPT Edu" tətbiq edən ilk Orta Asiya ölkəsi olub

Şəfa Hüseynli
Qazaxıstan təhsilə "ChatGPT Edu" tətbiq edən ilk Orta Asiya ölkəsi olub

OpenAI qlobal "OpenAI for Countries" proqramının bir hissəsi olaraq "Edu for Countries" təşəbbüsünün işə salındığını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iştirakçı ölkələrin ilk dalğasına Estoniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Yunanıstan və Qazaxıstan daxildir.

Qazaxıstanın bu təşəbbüsə qoşulması, süni intellektin ixtisaslaşmış təhsil versiyası olan ChatGPT Edu-nun milli təhsil sistemində sistemli şəkildə tətbiqinin başlanğıcını qeyd edir.

Qazaxıstan Mərkəzi Asiyada bu beynəlxalq proqrama qoşulan ilk ölkə olub.


Əlaqəli Xəbərlər