Qırğızıstan və Almaniya iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək niyyətindədirlər
Şəfa Hüseynli
Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət nazirinin müavini Sultan Axmatov Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə komissarı Niklas Vaqner və Almaniyanın Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Monika Lenhard ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Qırğızıstan-Almaniya iqtisadi əməkdaşlığının perspektivli sahələrini, o cümlədən ticarətin inkişafı, investisiyaların cəlb edilməsi, gənclərin təlimi və təhsili, eləcə də yaşıl iqtisadiyyatın təşviqi məsələlərini müzakirə edən məzmunlu dialoq baş tutub.