Türkmənistan və Aİ ticarət, nəqliyyat və diplomatik əməkdaşlığı müzakirə ediblər
Şəfa Hüseynli
Türkmənistan və Avropa İttifaqı (Aİ) ticarət və iqtisadi sektorlarda, xüsusən də enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər siyasi-diplomatik dialoqun və əməkdaşlığın hüquqi çərçivəsinin genişləndirilməsində, eləcə də mədəni və humanitar əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Bu kontekstdə tərəflər cari il ərzində yüksək səviyyəli görüşlərin və səfərlərin təşkili məsələlərini müzakirə ediblər.