Qazaxıstan və Monqolustan vətəndaşların pensiya hüquqlarını qorumaq barədə razılığa gəliblər
Şəfa Hüseynli
Senat deputatları Qazaxıstan Respublikası ilə Monqolustan arasında pensiya sektorunda əməkdaşlıq haqqında qanununu təsdiqləyiblər.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Parlamentinin Senatı məlumat yayıb.
Sazişin ratifikasiyası iki ölkə hökumətləri arasında pensiya sektorunda əməkdaşlığın inkişafına imkan verəcək və iki ölkə vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarını təmin edəcək.
Bildirilib ki, saziş vətəndaşlara birgə pensiyaların təyin edilməsini tənzimləyir və hərbi xidmət və ali və orta ixtisas təhsili müəssisələrində təhsil müddətləri üçün iş təcrübəsinin əvəzləşdirilməsini nəzərdə tutur.