Qazaxıstan Xarici İşlər Nazirliyinə rəsmi nümayəndə təyin edilib
Şəfa Hüseynli
Erlan Jetıbayev Beynəlxalq İnformasiya Komitəsinin sədri və Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təyin edilib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.
Qeyd edək ki, beynəlxalq İnformasiya Komitəsinin sədri və Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təyin olunmazdan əvvəl, 2025-ci ilin mart ayından Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Kommunikasiya Departamentinin direktoru vəzifəsində çalışıb.