Maaş

Azərbaycanın büdcə sektorunda maaşlarla bağlı yeni mərhələ
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli ilə əlaqədar hökumətdə iş aparılır.
Vahid Tarif Cədvəli Azərbaycanda maaş sistemini dəyişəcək
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.
Maaş məsələsi yeni Tarif Cədvəlindən sonra gündəmə gələcək
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin yeni versiyası təsdiq olunandan sonra sizin dediyiniz məsələyə baxa bilərik”, – deyə komitə sədri deputat Vüqar Bayramova cavab olaraq bildirib.
Deputatdan sektorlar üzrə maaş təklifi
Məlumat üçün bildirək ki, komitənin üzvü Vüqar Bayramov minimum əməkhaqqının bəzi sektorlar üzrə ayrıca müəyyənləşdirilməsini təklif edib.