Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 20 milyard dollara yaxınlaşır
Operativ Media
2025-ci il ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 0,9 faiz artaraq 19,769 milyard dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Avropa İttifaqı ölkələri ilə ticarətin payı 40 faiz təşkil edib.