Menyu

Fransa donanması Rusiyanın neft tankerini saxlayıb

Operativ Media
Fransa donanması Rusiyanın neft tankerini saxlayıb

Fransa donanması sanskiyaya məruz qalmış Rusiyanın neft tankerini saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında bildirib.

Onun sözlərinə görə, saxlanılan neft tankeri saxta bayraq altında üzüb.

Makron əməliyyatın Aralıq dənizində müttəfiq ölkələrin köməyi ilə həyata keçirildiyini qeyd edib.

“Bu əməliyyat Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na ciddi şəkildə riayət etməklə həyata keçirilib. Hüquqi araşdırmalar başlayıb”, - Makron qeyd edib.

Fransa Prezidenti Rusiyanın “kölgə donanması”nın fəaliyyətinin Ukraynadakı müharibəni maliyyələşdirməyə kömək etdiyini vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər