Fransanın "Sülh Şurası"ndan imtinasının səbəbi açıqlanıb

Fransa hələlik ABŞ Prezidenti Donald Trampın "Sülh Şurası"na qoşulmayacaq, çünki onun nizamnaməsi Qəzza müharibəsi ilə bağlı BMT-nin qətnaməsinə ziddir.
Operativ Media xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavr bildirib.
Onun sözlərinə görə, "Sülh Şurası"Qəzza zolağı üçün nəzərdə tutulan müstəsna mandata uyğun gəlmir.
"NBC News"un məlumatına görə, şuranın nizamnaməsində Qəzzadan açıq şəkildə bəhs edilmir. Qurumun nizamnaməsi daha çox yeni beynəlxalq təşkilatın mandatına uyğundur.
"Sülh Şurası" münaqişədən təsirlənən və ya münaqişə təhlükəsi altında olan ərazilərdə sabitliyi təşviq etməyə, sağlam və qanuni idarəetməni bərpa etməyə və davamlı sülhə çalışır.
Nizamnamədə deyilir ki, Tramp Şuraya rəhbərlik edəcək və yalnız könüllü istefa verəcək. Tramp fəaliyyət qabiliyyətini itirərsə, İcraiyyə Şurası yekdil qərarı ilə yeni sədr seçiləcək.