Niderlandda muzeydən 300-dən çox gümüş eksponat oğurlanıb
Operativ Media
Naməlum şəxslər Niderlandın Dusburq şəhərindəki Böyük kilsənin binasında yerləşən gümüş muzeyini qarət ediblər.
Operativ Media xəbər verir ki, bu barədə "Omroep Gelderland" məlumat yayıb.
Qeyd olunub ki, muzeydən 300-dən çox gümüş əşya oğurlanıb, zərərin məbləği onminlərlə avro dəyərində qiymətləndirilir.
Məlumata görə, qarət yanvarın 21-nə keçən gecə baş verib.
Muzey rəhbərliyinin məlumatına görə, bütün gümüş eksponatlar oğurlanıb, oğrular 14 vitrini sındırıb və içindəkiləri aparıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net