Menyu

İrakli Kobaxidze: Orta Dəhlizdə yükdaşımaların həcmi son 5 ildə 7 dəfə artıb

Operativ Media
İrakli Kobaxidze: Orta Dəhlizdə yükdaşımaların həcmi son 5 ildə 7 dəfə artıb

Alternativ nəqliyyat dəhlizlərinin yaradılması Gürcüstanın tranzit roluna təhlükə yaratmır. Bunun ən aydın sübutu Orta Dəhliz üzrə daşımaların son beş ildə yeddi dəfə artmasıdır.

Operativ Media  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi LIVE" proqramında çıxışı zamanı deyib.

O qeyd edib ki, Gürcüstanın tranzit funksiyasının zəiflədiyi ilə bağlı səsləndirilən iddialar reallığı əks etdirmir.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan qonşu ölkələr arasında münasibətlərin normallaşmasını və ticarət-iqtisadi əlaqələrin genişlənməsini alqışlayır. Eyni zamanda, ölkə tranzit potensialının inkişafı üçün genişmiqyaslı investisiyalar yatırmağa davam edir.

Əlaqəli Xəbərlər