Rusiya, ABŞ və Ukrayna arasında ərazi məsələsi müzakirə oluna bilər

Ukrayna Prezidenti Volodimir Zelenski iddia edib ki, ərazi məsələsi Rusiya, ABŞ və Ukrayna arasında BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda müzakirə oluna bilər.
Operativ Media xəbər verir ki, o, bu barədə yanvarın 22-də İsveçrənin Davos şəhərində keçirdiyi mətbuat konfransında bildirib. Həmin konfransdan bir hissə Zelenskinin ofisinin “YouTube” kanalında dərc olunub.
“Üçtərəfli görüşdə bəlkə də hər kəs öz variantını təklif edəcək. Hər şey torpaqla bağlıdır. Bu məsələ hələ də həllini tapmayıb”, – deyə Zelenski jurnalistlərə açıqlamasında bildirib.
O, daha əvvəl qeyd edib ki, ABŞ yanvarın 23–24-də BƏƏ-də ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında texniki səviyyəli üçtərəfli görüş keçirməyi planlaşdırır. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da Ukrayna münaqişəsinin həlli üzrə işçi qrup görüşlərinin yaxın günlərdə Əbu-Dabidə keçiriləcəyini bildirib.