Donald Tramp Kanadanın Sülh Şurasına qoşulması ilə bağlı dəvəti ləğv edib

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Kanadanın Baş naziri Mark Karnini ölkəsinin beynəlxalq təşkilata qoşulması ilə bağlı dəvətini geri götürdüyünü açıqlayıb.
Operativ Media xəbər verir ki, Amerika prezidenti bu barədə "Truth Social" platformasında yazıb:
“Hörmətli Baş nazir Karni, xahiş edirəm bu məktubu Sülh Şurasının indiyədək toplanan ən nüfuzlu liderlər toplantısı olacaq tədbirə Kanadanın qoşulması ilə bağlı dəvətinizin geri götürülməsinə dair rəsmi bildiriş kimi qəbul edin”.
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza sülh prosesinin bir hissəsi kimi yaradılan Sülh Şurasının nizamnaməsini 19 ölkənin nümayəndəsi imzalayıb. Donald Tramp digər dövlətlərin də bu təşkilata qoşulduğunu elan edib.
Qeyd edək ki, Sülh Şurası Qəzza zolağının idarə olunması məqsədilə yaradılıb. Bununla yanaşı, qurumun gələcəkdə digər bölgələrdəki münaqişələrin qarşısının alınması və həlli istiqamətində də fəaliyyət göstərəcəyi gözlənilir.