Tesla şirkəti 2027-ci ildə Optimus humanoid robotlarının satışına başlamağı planlaşdırır
Şəfa Hüseynli
Tesla şirkəti 2027-ci ilin sonuna qədər Optimus humanoid robotlarının satışına başlaya bilər.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tesla şirkətinin baş direktoru İlon Mask bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı açıqlayıb. Sahibkarın sözlərinə görə, artıq bir neçə Optimus robotu Tesla zavodlarında istifadə olunur və sadə istehsal tapşırıqlarını yerinə yetirir.
Məlumata görə, robotların funksionallığı bu ilin sonuna qədər əhəmiyyətli dərəcədə genişləndiriləcək və gələn ilin sonuna qədər şirkət məhsulu satışa çıxarmağı və daha geniş auditoriyaya satışa başlamağı planlaşdırır.