Tacikistan və Türkmənistan ticarət dövriyyəsinin artırılması tədbirlərini müzakirə ediblər
Şəfa Hüseynli
Tacikistan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vafo Niyatbekzoda Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Nazar Aqaxano ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Tacikistanın Aşqabaddakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və ticarət-iqtisadi əməkdaşlıq sahəsində Tacikistan-Türkmənistan münasibətlərinin daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Eyni zamanda tərəflər ticarət dövriyyəsinin artırılması və iki ölkənin müvafiq dövlət qurumları və təşkilatları arasında işgüzar əlaqələrin genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.