Gümüşün qiyməti yeni rekord həddə çatıb
Şəfa Hüseynli

Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayı üçün gümüş fyuçerslərinin qiyməti yeni bir rekord səviyyəyə çataraq troya unsiyası üçün 99 dolları keçib.
Operativ Media xəbər verir ki, bu barədə Comex birjasının ticarət platforması məlumat yayıb.
Bildirilib ki, qiymətli metalın dəyəri 7,08% artaraq 1 troya unsiyası üçün 99,2 dollara çatıb.
Bakı vaxtı ilə səhər saat 8:36-da gümüşün qiyməti troy unsiyası üçün 98,69 dollara qədər azalıb (6,53% artım).
Bundan əlavə, Comex birjasında 2026-cı ilin fevral ayı üçün çatdırılma üçün qızıl fyuçersləri 2,47% artaraq troy unsiyası üçün 4956,8 dollara çatıb.