Menyu

Qazaxıstan Sülh Şurasına 1 milyard dollarlıq ianə vermədən qoşulub

Şəfa Hüseynli
Qazaxıstan Sülh Şurasına 1 milyard dollarlıq ianə vermədən qoşulub

Qazaxıstan Sülh Şurasına təşkilatın nizamnaməsində nəzərdə tutulan 1 milyard dollarlıq maliyyə yardımını könüllü olaraq etmədən qoşulub.

Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Bildirilib ki, Sülh Şurasına qoşulmaq üçün dövlətin yeganə suveren qərarı tələb olunur.

"Qoşulma anından etibarən dövlətin Şuradakı səlahiyyət müddəti üç ildir. Nizamnamədə qeyd olunan bir milyard ABŞ dolları məbləğində könüllü ianə üzvlük şərti deyil. Bu, hər bir üzvün hüququdur. Əgər belə bir ianə birinci il ərzində edilərsə, dövlət üzvlüyünü müəyyən edilmiş üç illik müddətdən kənara çıxarmaq imkanına malikdir. Qazaxıstan Sülh Şurasına heç bir maliyyə ianəsi etmədən qoşulub ki, bu da Nizamnamənin müddəalarına tam uyğundur". - Akorda qeyd edib.

Əlaqəli Xəbərlər